Advertisement

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında ulu öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Bakı. Trend:

Mayın 10-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin
tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK)
görkəmli dövlət və siyasi xadim, müasir müstəqil Azərbaycanın
banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən geniş söhbət
açılıb. Qeyd olunub ki, böyük dövlət adamı Heydər Əliyevin müdrik
daxili və xarici siyasəti nəticəsində Azərbaycan parçalanmaq və
məhv olmaq təhlükəsindən xilas olmuşdur. Çıxış edənlər liderliyi
ilə dünyanı heyran edən, siyasət elitasında ən uca zirvələrdən
birini tutan, dahi Heydər Əliyevin xalqımız və dövlətimiz
qarşısında əvəzsiz xidmətlərindən danışıb, hər bir azərbaycanlının
bu böyük şəxsiyyəti qürurla yad etdiyini vurğulayıblar.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş xalq
artisti, rejissor Vaqif Mustafayevin “Bir həsədin tarixi” adlı
filmi nümayiş etdirilib.