Advertisement

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Bakı. Trend:

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, bu
barədə Milli Hidrometeorologiya Xidmətinin saat 08:00-a olan
məlumatında bildirilib.

Qeyd olunub ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar
yağır.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ,
Xaltan, Qrızda 1 sm-dir.

Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı,
Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay,
Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə
olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5
dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq
ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti,
dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.