Advertisement

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Bakı. Trend:

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb
olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz
məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri
və təsərrüfatlara ziyan dəyib.

Trend xəbər verir ki, təbii fəlakət əsasən rayonun Aşağı və Orta
Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını
sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı
kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında
heyvanlarını təxliyə edə biliblər.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara
zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi
hazırda stabilləşib.