
Bakı. Trend:
Xaçmaz rayonunun Hacıqurbanoba kəndində Birinci Qarabağ
müharibəsinin şəhidi Elşad Qayımovun üç mərasimi keçirilib.
Trend xəbər verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa
çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə
orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid
ailələri,qazilər və ictimayyət nümayəndələri iştirak edib.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına
dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun
düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində
igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən
danışıb.
Elşad Qayımovun yaxınları göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.





























