Bakı. Trend:
Bu ilin 25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu
üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları şənbə və
bazar günləri hər iki istiqamətdə hərəkət edəcək.
Bu barədə Trend “Azərbaycan
Dəmir Yolları”na istinadən xəbər verir.
“25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə
qatarlarımız şənbə və bazar günləri hər iki istiqamətdə hərəkətdə
olacaq”, – məlumatda qeyd olunur.





























