Advertisement

Nizamidə mənzildə meyit tapıldı – Trend.Az

Bakı. Trend:

Nizami rayonunda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, “112”
qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin
mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə
məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.