Bakı. Trend:
Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə
alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə
bir neçə xırda afterşok qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu
tərəfindən monitorinq davam etdirilir: “Zəlzələ baş verən və hiss
olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi
məlumatlara istinad etmələrini xahiş edirik”.





























