
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi
ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf
ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar
əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb
olunub.
Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını
almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq
təhlükəsizlik tədbirləri həyata keçirilir.





























