Advertisement

Bu gündən şimal-qərb küləyi güclənəcək

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci
yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, axşam
yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi
gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var.

Mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava
şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR,
Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar,
Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən
5-8° aşağı enəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun
artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin
ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.