Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi
ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən
qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti,
dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.