Bakı. Trend:
Rusiyanın Avropa hissəsində mayın ilk 10 günü meteoroloji
ölçmələr tarixində ən soyuq dövr hesab edilir.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin
elmi işlər üzrə direktoru Roman Vilfand məlumat verib.
“Rusiyanın Avropa hissəsi Arktikadan gələn soyuq hava
kütlələrini özündə saxlayıb. Moskvanın qərb və şərqindəki
antisiklon Şimal Buzlu Okeandan daxil olan hava kütlələrini
toqquşmasına səbəb olub. Hava kütlələri yalnız Qara dəniz və ya
Yeni Torpaq istiqamətindən deyil, soyuq regionlar olan Laptevlər
dənizi və Şərqi Sibir dənizindən də gəlir. Temperatur normadan 8-10
dərəcə Selsi aşağı enib”, – deyə Vilfand bildirib.





























