Advertisement

77 yaşlı türkiyəli Bakıda öldü

Bakı. Trend:

Bakıda Türkiyə vətəndaşı ölüb.

Trend xəbər verir ki, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov
küçəsi, mənzil 27 ev 7-də qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1947-ci il təvəllüdlü Yılmaz Orhan
Mustafa oğlunun meyiti aşkarlanıb.

İlkin məlumata görə, Orhan Yılmazın ürək tutmasından ölməsi
müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.