Advertisement

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiq ediləcək

Bakı. Trend:

Azərbaycanla Qazaxıstan arasında hər il bakalavriat proqramları
üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura
proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və
rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda
mübadiləsini həyata keçiriləcək.

Trend-in
məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi
arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel
tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində
əksini tapıb.

Layihəyə əasən, Azərbaycan tərəfi texniki və texnoloji
ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1,
doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3
nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1),
iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin
(bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1
nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə
ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı
aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.

Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları,
mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1,
magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar,
incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və
informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat
-2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat
(tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb
təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini
təşkil edəcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün
keçirilən iclasında müzakirə edilib.