Advertisement

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci
ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə
Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi
qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5
faiz) qadındır.

Trend xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə
Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV
infeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübünün
sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata
götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma
inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində
heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4
faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu
müəyyənləşdirilməyib.

Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə
baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA)
regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya
əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.