
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində
Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri Dövlət İmtahan
Mərkəzi tərəfindən 11 illik və 9 illik təhsil səviyyəsi üzrə
keçirilən buraxılış imtahanlarında uğurlu nəticələr əldə
ediblər.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində keçirilən buraxılış
imtahanlarında 11 sinif şagirdlərinin 63 faizi 200 baldan yüksək
nəticə göstərib. Buraxılış imtahanlarında ən yüksək nəticə isə
Şəhriyar Əsədova məxsus olub. O, imtahanda mümkün 300 baldan 288
bal toplayıb. Liseyin digər şagirdləri Famil Eyvazlı 263 bal,
Mirəli Alasman 256 bal, Nicat Qarayev isə 230 bal toplayıb.
9 illik təhsil səviyyəsi üzrə keçirilən imtahanlarda da liseyin
şagirdləri öz yüksək nəticələri ilə seçilməyi bacarıb. Liseyin
şagirdləri Fidan Məmmədova 267 bal, Vüsal Şahbuzlu 255 bal, Murad
Qarayev 231 bal, Nazim Qədirov 212 bal, Gülnar İbrahimli 204 bal,
Yusif İsmayılov 202 bal toplayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 07 yanvar 1997-ci il 12
saylı əmrinə əsasən fəaliyyətə başlayan AzMİU-nun nəzdində
Fizika-Riyaziyyat Təmayüllü Lisey təbiət elmləri üzrə ixtisaslaşıb
VII-XI siniflər üçün nəzərdə tutulub.





























