Advertisement

Bəzi bölgələrə yağış yağır – FAKTİKİ HAVA

Bakı. Trend:

Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam
edir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Daşkəsən,
Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz,
Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax,
Göyçayda yağış, Şahdağda qar yağır.

Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti
Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək
güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü
2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan
MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə
isti olub.