Bakı. Trend:
Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət
edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Trend-ə bildirilib ki, indiyədək 45 min
134 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 34 min 783
nəfərə TTK verilib.
Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si
kişidir.
Qeyd edək ki, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün
müraciət edib. Onlardan 504 nəfərin müraciəti natamam olub, 365
nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin
müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka
yönləndirilib.
Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların
arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə
standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.





























