Advertisement

Paytaxtda sıxlıq olan yollar – SİYAHI

Bakı. Trend:

Bakının bir sıra yollarında sıxlıq yaranıb.

Trend xəbər verir ki, bu
barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat
yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20
Yanvar” stansiyası istiqamətində;

2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz
istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə
kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə
kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən
Akademik Həsən Əliyev küçəsi istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
“Azneft” dairəsi istiqamətində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində
sıxlıq müşahidə olunur.