
Bakı. Trend:
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın
13-də Laçın şəhərində yekun vurulub.
Trend xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı
konsertdə Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva,
Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə
Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla
duet oxuyublar.
Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan”
mahnısının sədaları altında başa çatıb.
Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
mayın 11-də Şuşada başlamışdı.





























