Advertisement

Hər bir azərbaycanlı kimi biz də xoşbəxtik – Ağdam sakini

Bakı. Trend:

Bu gün hər bir azərbaycanlı kimi biz də doğma yurda qayıdışa
görə xoşbəxtik.

Bunu Trend-ə açıqlamasında Ağdam sakini Yeganə İbadova
deyib.

Onun sözlərinə görə, bu gün rəfiqəsini Şuşaya yola salır.

“Biz Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə şəfa versin.

Hər bir azərbaycanlı kimi Qarabağ torpaqları ürəyimizdə bir
qübar idi. İllərlə Qarabağ həsrəti ilə yaşamışıq.

Özüm müəlliməm. İllərlə şagirdlərimə Qarabağı anlatmışam.
Qarabağ acısını onlara çatdırmağa çalışmışam. Bu gün isə çox
xoşbəxtik. Fəxr edirik ki, azərbaycanlıyıq, Azərbaycan xalqının
nümayəndəsiyik. Zəfərimizlə dünyaya səs salan bir xalqın övladıyıq.
Bizə o torpaqları azad edən, bəxş edən hər bir kəsə minnətdarıq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizim onlara ödənilməz
borcumuz var. Nə qədər Azərbaycan xalqı yaşayacaqsa, o qədər də
şəhidlərimiz xatırlanacaq və onlara dəyər veriləcək”, – deyə o
bildirib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə – 136 nəfər
köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224
nəfərin daimi məskunlaşması təmin edilib.