
Bakı. Trend:
20 yaşında məcburi şəkildə tərk etdiyim Şuşaya yaşlı vaxtımda
olsa belə, qayıtdığıma çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rəcəbova Yaxşı deyib.
“Bu gün çox sevincliyəm. Sanki şirin bir yuxunun içindəyəm.
Sanki inana bilmirəm. Çox şükürlər olsun.
Bizə o torpaqlarda yaşamağı yenidən bəxş edən hamıya təşəkkür
edirəm. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin”, – deyə o qeyd edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə – 136 nəfər
köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224
nəfərin daimi məskunlaşması təmin edilib.





























