
Bakı. Trend:
Müəllimlik peşəmi doğma Şuşada davam etdirəcəyim üçün
xoşbəxtəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Ağayeva Sevda deyib.
Onun sözlərinə görə, 18-19 yaşında tələbə olarkən Şuşanı tərk
etmək məcburiyyətində qalıb.
“Tələbəlik illərimin yarısında Şuşadan çıxmışdım. İndi isə bir
müəllim kimi öz ailəmlə birlikdə doğma yurda qayıdıram.
Bizə bu günü yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı
bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin”, – deyə o bildirib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə – 136 nəfər
köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224
nəfərin daimi məskunlaşması təmin edilib.





























