Advertisement

Narkotik vasitə qəbul edib maşın sürən şəxs həbs olundu

Bakı. Trend:

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü
həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi
“Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını
pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri
altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək,
baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada
həbs edilib.