Bakı. Trend:
Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında
fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz
xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu,
“Buzovna 101″ QPM-dən qidalanan ‘Yuxarı Şağan” xəttinin hava
kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3
tənzimləyicinin hündürlüyə qaldırılması məqsədilə mayın 14-də saat
10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə
küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir
hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.





























