Advertisement

Yağış yağır, külək əsir – FAKTİKİ HAVA

Bakı. Trend:

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində
yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır,
arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub,
Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 88 mm, Oğuzda 65 mm, Balakəndə
61 mm, Zaqatalada 46 mm, Göyçayda 44 mm, Şəkidə 31 mm, Lənkəranda
28 mm, Astarada 25 mm, İsmayıllı, Qaxda 21 mm, Zərdabda 18 mm,
Kürdəmirdə 17 mm, Şahbuzda 13 mm, Quba, Gədəbəydə 12 mm, Qrız,
Qusar, Beyləqan, Ağdamda 10 mm, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9
mm, Şahdağ, Naftalan, Daşkəsəndə 8 mm, Tərtər, Bərdə, Xaltan,
Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir,
Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl,
Culfa, Tovuz, Qax, Ağstafa, Biləsuvar, Şərurda 7 mm-dək, Bakıda və
Abşeron yarımadasında isə 1 mm-dək olub.

Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında
sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax),
Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından
qısamüddətli sel keçib.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar,
Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə
olunub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin
məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.