Advertisement

İtaliyalı bərpaçı-memar AzMİU-nun gənc tədqiqatçılarına seminar keçib

Bakı. Trend:

İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) doktorantı,
bərpaçı-memar Miriam Terzoni Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) magistr və doktorantlarına seminar
keçib.

AzMİU və POLİMİ arasında Erasmus KA1 mübadilə proqramı
çərçivəsində AzMİU-da 3 aylıq elmi tədqiqata cəlb olunan mütəxəssis
ölkəsində memarlıq sahəsində olan yeniliklər, elmi məqalələrə,
araşdırmalara qoyulan tələblərdən söhbət açıb. Gənc təqdiqatçılara
bu yolda dəstək olmağa çalışan Miriam Terzoni onları maraqlandıran
məsələlərə aydınlıq gətirib, birgə fikir mübadiləsi aparıb, öz
tövsiyələrini verib.

Dəyirmi masa ətrafında keçən görüşdə AzMİU-nun Memarlıq və
Dizayn fakültələrinin müəllimləri də iştirak ediblər.