
Bakı. Trend:
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya” ilə hər kəs sevincindən papağını göyə
atacaq. Novruz bayramına özəl, yepyeni Poz-Qazan oyunu “Papaq at”
ilə böyük uduş və digər bayram uduşları yolunuzu gözləyir.
Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 4 000 000
ədəddir. Ən böyük uduş məbləği 75 000 manatdır. Bu məbləğdə uduş
olan biletlərin sayı 2 ədəddir. 25 biletdə isə 10 000 manat
qazanmaq şansı var.
Qaydalara gəlincə, oyun lövhələrini poz. “UDUŞLU SİMVOLLAR”dan
hər hansı biri “SİMVOLLARINIZ” ilə uyğun olsun, müvafiq uduşu
qazan. Bilet bir neçə simvol üzrə uduşlu ola bilər, bu halda
uduşlar cəmlənir. “Simvollarınız” lövhəsindən isə “Səməni”
simvolunu tap, altdakı uduşu qazan.
Biletlər Novruza özəl limitli sayda olduğu üçün elə indi şansını
yoxla, Novruz sevincində sənin də payın olsun.
Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə
bilərlər. “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000,
100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı
qaliblərini axtarır.
Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, “Azərpoçt”
şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin
“Wolt”dan sifariş vermək mümkündür.





























