Advertisement

Azad olunmuş ərazilərə avtobus reyslərinə mart ayı üçün biletlər satışa çıxarılır

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan
azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə
mart ayına olan biletlər 23 fevral saat 11:00-da satışa
çıxarılacaq.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyindən (AYNA) məlumat verilib.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri
www.yolumuzqarabaga.az
portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet
almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə
daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə
eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa
şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu
günədək ümumilikdə 691 reys həyata keçirilib, 28227 sərnişin
işğaldan azad olunmuş əraziləri ziyarət edib