
Bakı. Trend:
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən xəbərə görə, may ayının
14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər
(8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin
xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan
vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd
göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





























