Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Beynəlxalq Okean və Atmosfer İdarəsi
Günəşin səthində şiddətli partlayış qeydə alıb.
Trend-in məlumatına görə, partlayışdan sonra güclü geomaqnit
qasırğası yaranıb.
Partlayış Günəşdə böyük qarışıq ləkə əmələ gətirib.
Bildirilib ki, baş vermiş hadisə Yerdə yüksəkgərginlikli
cihazların işində axsamalara gətirib çıxaracaq.
Qeyd edilib ki, sözügedən fırtına səbəbindən peyk naviqasiya
sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqlar ola bilər
və bu problem bir neçə saat çəkə bilər.
Həmçinin NASA Günəşdə baş verən partlayışın fotosunu da
yayımlayıb.





























