Advertisement

Bu il Türkiyədə son 53 ilin ən isti aprel ayı qeydə alınıb

Bakı. Trend:

Ötən ay Türkiyədə son 53 ilin ən isti aprel ayı olaraq qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və
iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin yazılı açıqlamasında
bildirilir.

Nazir qeyd edib ki, ötən ay Türkiyə üzrə orta temperatur 16,6
dərəcə olub. Bu da normadan 4,3 dərəcə yüksəkdir. Ən yüksək
temperatur isə 38,9 dərəcə ilə Şanlıurfa vilayətinin Ceylanpınar
rayonunda ölçülüb.

Məlumatda bildirilib ki, ölkədə hava temperaturunun normadan
yüksək olmasına baxmayaraq, ötən il oktyabrın 1-dən bu il mayın
8-dək Türkiyə daxilində yağıntının miqdarı 3,9 faiz artıb. Ən çox
yağış 27 faiz artım ilə ölkənin Şərqi Anadolu Bölgəsinə yağıb.