Advertisement

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

Bakı. Trend:

Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu
mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, müsabiqə üzrə
qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat
prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər
“ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq
qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.