Bakı. Trend:
Sumqayıtda quldurluq törədilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 13-də gecə
saatlarında şəhər ərazisində bir nəfər şəxsin 200 manatını
quldurluq yolu ilə talamaqda şübhəli bilinən Əli Əliyev və əvvəllər
məhkum olunmuş Yadigar Şirinov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma
aparılır.





























