
Bakı. Trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi
yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi,
şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13°, gündüz 15-20° olacaq. Atmosfer
təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%,
gündüz 70-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim
şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə
3-8°, gündüz 8-13° olacaq.




























