
Bakı. Trend:
İnsan faktoru bizim üçün çox önəmlidir və əməkdaşlarımızın
bacarıqlarının artırılması üçün təlimlər həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə bu gün “Azercell” baş direktorun
icraçı müşaviri Ozan Çimen
“GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Rəqəmsal
genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı
deyib.
O bildirib ki, ilk növbədə datalarımız etibarlı olmalıdır.
“Biz 5 milyon müştəriyə xidmət göstəririk. Texniki
infrastrukundan başqa sevgi mühiti yaradırıq ki, insanlar burada
rahat fəaliyyət göstərə bilsinlər. Çalışırıq ki, bu rəqəmsal
savadlılığın səviyyəsini artıraq. İlkin planımız gənclərin
inkişafıdır”,- deyə O.Çimen bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də
digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün
bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti
haqqında danışacaqlar.





























