Advertisement

Turşsu qəsəbəsinə ilkin mərhələdə 50 ailə köçürüləcək

Şuşa. Trend:

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin
təməlini qoyduğu Şuşa rayonun Turşsu qəsəbəsində olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, qəsəbə barədə media
nümayəndələrinə məlumat verilib.

Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə
qəsəbəyə 50 ailə 202 nəfər köçürüləcək.

“Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz
səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı
km-liyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə
tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır.
Oktyabr ayınının sonunda 50 ailə üçün nəzərdə tutulan evin
tikintisi başa çatacaq. Noyabr ayının əvvələrində isə 50 ailə
olmaqla 202 nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə
saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri
həllin tapmışdır. İlkin mərhələdə kənd ərazisində, 3 ədəd 2 otaqlı,
29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin
tikintisi nəzərdə tutulub”.

Xəbər yenilənəcək