Advertisement

Şuşada üçüncü yaşayış kompleksində neçə bina inşa ediləcək?(FOTO)

Şuşa. Trend:

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin
təməlini qoyduğu üçüncü yaşayış kompleksinin salınacağı ərazidə
olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Şuşa şəhərində üçüncü
yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının
inşası nəzərdə tutulub.

Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın
layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin
yayında başlanılması planlaşdırılır.

Bununla da mediatur başa çatıb.

Xəbər yenilənəcək