Advertisement

Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə
Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir
işlərinə başlanılacaq.

Bu barədə Trend-ə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları,
təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, deyə,
məlumatda deyilir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə
vətəndaşlardan üzr istəyir.