
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,
müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin
iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini
dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak
edib.
Müraciətlər işlə təmin olunma, torpaq, tikinti və digər sahələri
əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.





























