
Bakı. Trend:
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor
tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə
məlumat daxil olub.
Trend DİN-ə istinadən xəbər
verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il
təvəllüdlü Xəyal Ağayev saxlanılıb. Araşdırmalarla müəyyən edilib
ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu
izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə
yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi, başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa
şəxslər varsa polisə məlumat verə bilərlər.





























