Advertisement

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Bakı. Trend:

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.


Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Nəqliyyat İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri
xahiş edilib.