
Bakı. Trend:
Bakıda ən bahalı torpaq sahələri qeyri-yaşayış obyektlərinin
tikintisi üçün yararlı olan torpaq sahələridir.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev
deyib.
O qeyd edib ki, torpaq sahələri də tükənəndir və Bakıda tikinti
üçün yararlı torpaq sahələri, demək olar ki, yoxdur.
“Bu baxımdan, tələbat artır və qiymət artımı yüksəlir. Ən bahalı
torpaq sahələri şəhərin mərkəzi ərazilərindədir, daha çox
qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı, mərkəz yolların
kənarında yerləşən torpaq sahələridir.
Bu cür torpaq sahələrinin bir sotunun qiyməti 300-500 min manat
arası dəyişir. O ərazilərdə obyektlər inşa ediləndə bir kvadrat
metrinin qiyməti 20 min manatdan baha təklif olunur”, – deyə o
əlavə edib.
E.Fərzəliyev vurğulayıb ki, hazırda həyət evlərinin də
qiymətində artım müşahidə olunur.
“Həyət evlərinə tələbat olduğu üçün qiymət artımına gətirib
çıxarır. Bu da mövsümi xarakter daşıyır və hər il bu hal müşahidə
olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət
artımı da olacaq”, – deyə qeyd edib.





























