Advertisement

ABB-nin Suraxanı filialı da yeniləndi

Bakı. Trend:

Filiallarının transformasiyası layihəsi çərçivəsində ABB
Suraxanı filialını da yeniləyib. Filialın binası ABB-nin yeni brend
kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Filial artıq
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsi 3
ünvanındakı binasında müştərilərin xidmətindədir. Bizneslərin,
eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün
ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait
yaradılıb.

Müştərilər ABB-nin Suraxanı filialında müxtəlif növ kredit,
kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş
kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi
müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.