Bakı. Trend:
Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər
verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.
Həmçinin şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan
xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, düşən
yağıntının miqdarı Zaqatalada 41, Qaxda 39, Balakəndə 12, Astarada
9, Lerik, İmişlidə 8, Ordubadda 6, Şəmkirdə 5, Lənkəran, Şəki,
Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy,
Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay,
Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar,
Şamaxıda 4 millimetrədək olub.
İntensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən
(Samux) çayından qısamüddətli sel keçib.
Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna
xırdadənəli dolu düşüb.
Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar,
Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman
müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava
şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.





























