
Bakı. Trend:
Bakıda keçirilən “Fintex Summit 2024” çərçivəsində sammitin
sponsorları və partnyorlarının mükafatlandırılması mərasimi baş
tutub.
Trend xəbər verir ki, mükafatlandırılanlar sırasında sammitin
qlobal sponsoru Visa da yer alıb.
Həmçinin, sammitin digər sponsorları və partnyorları, o
cümlədən, bir sıra banklar və təşkilatların da nümayəndələrinə
mükafatlar təqdim edilib.
Qeyd edək ki, “Fintex Summit 2024” mayın 15-də başlayıb və bu
gün başa çatacaq.
Sammitin ilk günündə Azərbaycanda rəqəmsallaşma prosesləri,
ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi,
nağdsız ödənişlırin inkişafı, regionda fintez sahənin inkişafı və
rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.
Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin
inkişafı, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və
mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin
sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən
danışıblar.
Sammitin ikinci günü çərçivəsində iki panel iclası
keçiriləcək.
Panellərdə maliyyə sahəsində dələduzluğun qarşısının alınması,
fintex sahəsinin inkişafı və çağırışlar müzakirə ediləcək.





























