
Bakı. Trend:
UNEC-də start verilən “Gələcək özümü gələcək?” adlı növbəti
ictimai müzakirə “Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: Yaşıl
müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda
olub.
UNEC rektoru professor Ədalət Muradov bildirib ki, UNEC-də
müxətlif sahələr üzrə yeni ideyaların müzakirəsi davam edir. Rektor
bu dəfəki müzakirənin mövzusunun müəyyən edilməsində ölkə
Prezidentinin verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri nəzərə
alaraq, 2 ideya – Yaşıl iqtisadiyyat və Rəqəmsal Azərbaycan əsas
götürülüb.
Müzakirələr zamanı Azərbaycan iqtisadiyyatını yaşıllaşdırmaq
məqsədilə ölkənin rəqabət üstünlüyü olan sahələrinin müəyyən
edilməsi və bu sahələrin inkişafı istiqamətində atılacaq addımlarla
bağlı yeni ideyalar səsləndirilib.
Rəqəmsal Azərbaycanla bağlı isə yeni baxışların
formalaşdırılması və dayanıqlılığın təmin edilməsi istiqamətində
maraqlı fikirlər irəli sürülüb.





























