Advertisement

Azərbaycanın bu ərazilərində nikahların sayı daha yüksək olub

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən
cari ilin birinci rübündə 10081 nikah qeydə alınıb.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 5124 boşanma halları qeydə alınıb. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların
sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə
dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.

Nikah səviyyəsi Qarabağ (5), Şərqi Zəngəzur (4,9), MilMuğan
(4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4),
Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən
yüksək olub.

Qeyd edək ki, bundan əvvəlki rəqəmlərdə boşanmaların sayında
artım müşahidə olunurdu. Belə ki, 2024-cü ilin yanvar-fevral
aylarında əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,8-dən
2,1-ə qədər artmışdı.