
Bakı. Trend:
Mayın 16-sında İnkişaf və Diplomatiya İnstitutu, BMT-nin
Azərbaycan Nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, Boğaziçi
Universiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İqlim və Su
Sammiti keçirib. Tədbirdə hökumət və akademik qurumların,
beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri bir araya
gəliblər, dünyanının üzləşdiyi qlobal iqlim və su məsələlərini və
həll yollarını müzakirə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO və BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin eskpertləri su
resursları ilə bağlı hazırki vəziyyətdən və yaxın gələcək üçün
nəzərdə tutulan proqnozlardan söhbət açıblar.
“Davamlı Gələcək Komissiyasının azərbaycan sədri və “Aqualink”in
baş direktoru Orxan Mikayıl və Türkiyə sədri “Agro Tv” Türkiyə
Azərbaycan CEO-su Doğan Başaranın iştirakı ilə keçirilən tədbirdə
bildirilib ki,COP29-un ilk dəfə türk dünyası ölkələrindən birində
keçirilməsi əlamətdar hadisədir.
Tədbir iştirakçılarını salamlayan İnkişaf və Diplomatiya
İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə iqlim və su problemlərinin həllində tədqiqatın
vacibliyini, bunun iqlim risklərinin qiymətləndirilməsindəki
önəmini vurğulayıb. Dr. İsmayılzadə əlavə edib ki, əvvəlki COP
sammitləri ilə müqayisədə bu ilkinə alimlərin fəal şəkildə cəlb
edilməsi və onlar üçün xüsusi platformaların təşkil edilməsi
nəzərdə tutulur.
Yaşıl transformasiyanın iqtisadiyyata təsirindən bəhs edən
çıxışçılar iqlim dəyişikliyi ilə bağlı ölkədaxili qurumlar arasında
əməkdaşlığın, transmilli tərəfdaşlığın və su diplomatiyasının
önəmini vurğulayıblar.
FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin
ofisinin nümayəndələri çıxışlarında qlobal rəqabət mühtinin iqlim
dəyişikliyinə təsir etdiyini və 2040-cı ilədək qlobal qaz
emissiyasının 43%dək azaldılmasının nəzərdə tutulduğunu diqqətə
çatdırıblar.
Kənd təsərrüfatı sahəsində su resurslarının intensiv şəkildə
istifadə edildiyini bildirən eskpertlər iqlim dəyişikliyi ilə bağlı
ölkəmizin su resurslarında 15% azalmanın müşahidə edildiyini qeyd
ediblər.
Tədbir mövzu ətrafında panel müzakirələrlə davam edib.





























