Bakı. Trend:
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə
vakansiyalar elan edilib.
Trend xəbər verir ki, bu
barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini
[email protected] elektron poçt ünvanına
göndərə bilərlər.
“Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin
“Elanlar” bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla
tanış ola bilərlər. Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya
tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən
şəxslərin müraciətlərinə baxılacaq”, – deyə məlumatda qeyd
olunub.





























