
Bakı. Trend:
Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə
kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.
Təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün
keçərlidir.
Bakıdan Pekinə aviabiletlərin qiyməti:
- Bir tərəfə — 235 ABŞ dollarından;
- Gediş-dönüş — 391 ABŞ dollarından;
Pekindən Bakıya aviabiletlərin qiyməti:
- Bir tərəfə — 214 ABŞ dollarından;
- Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.
Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna
olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi
reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil,
lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən,
ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq
ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini
qaçırmayın!
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil
tətbiqindən əldə etmək mümkündür.





























